Rusiya Aİ konstruktiv mövqe tutarsa, Aİ nümayəndələri ilə əlaqə saxlamağa və onları dinləməyə hazır olacaq. Lakin Moskvanın artıq Avropanın vədlərinə və gözləntilərinə etibar etmək hüququ yoxdur.
Tvit.az bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb.
"Problemlərimizi necə həll edəcəyimizi bilirik. Əgər Avropa birdən həqiqətən konstruktiv bir şey ortaya çıxarsa - axı, hazırda müəyyən ölkələrdə yeni insanlar hakimiyyətə gəlir onda biz yəqin ki, qulaq asmağa hazır olacağıq və dinlədikdə bunun uyğun olub-olmadığına qərar verəcəyik.
Lavrov bildirib ki, Aİ-yə etibar etməyəcəklər:
"Amma artıq xarici siyasətimizin heç bir hissəsində, inkişaf məqsədlərinə çatmaq və Rusiyanın beynəlxalq mövqeyini gücləndirmək baxımından, Avropanın vədlərinə və ya gözləntilərinə etibar etmək hüququmuz yoxdur".
Aysel Şirinova