Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin Rusiya ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır
dünya

Çin Rusiya ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır

23-06-2026 16:00 29 Views
IMG

Çin Rusiya ilə hərtərəfli strateji əməkdaşlığı genişləndirməyə və qlobal sülhə və sabitliyə birgə töhfə verməyə hazırdır.

 

Tvit.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi BRİKS yüksək təhlükəsizlik nümayəndələrinin 16-cı iclası çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə bildirib.

 

"Çin iki dövlət başçısının əldə etdiyi mühüm razılaşmaları həyata keçirmək, Çin-Rusiya hərtərəfli strateji əməkdaşlığını davamlı olaraq gücləndirmək, hər iki ölkənin inkişafını və dirçəlişini sürətləndirmək və dünya sülhünün qorunmasına birgə töhfə vermək üçün Rusiya ilə işləməyə hazırdır", - deyə bildirilib.

 

Aysel Şirinova