Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Belarusu münaqişəyə cəlb etmək mümkün olmayacaq - Təhlükəsizlik Şurası
dünya

Belarusu münaqişəyə cəlb etmək mümkün olmayacaq - Təhlükəsizlik Şurası

22-06-2026 12:00 19 Views
IMG

Belarus təxribatlar yolu ilə münaqişəyə cəlb olunmayacaq; respublika sülh, ehtiyatlılıq və diplomatiya tərəfdarıdır.

 

Tvit.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

 

"Artıq müəyyən məqamlar var ki, onlar dövlət başçısına bildiriləcək. Qərar veriləcək. Lakin Belarusu münaqişəyə cəlb etmək mümkün olmayacaq. Biz sülhün, sağlam düşüncənin və bütün məsələlərin diplomatik yollarla həllinin tərəfdarıyıq", - deyə bildirilib.

 

Dövlət katibi Bryansk vilayətində Belarus avtobusuna hücumla bağlı da bu sözləri deyib:

 "Kimin avtobusu olması vacib deyil - Belarus, Rusiya və ya başqa bir ölkənin avtobusu. Bu, mülki şəxsləri daşıyan avtobus idi. Lakin bu hücumu kim həyata keçirirsə, Belarusu Ukraynaya qarşı qoymaq, xoşagəlməz bir vəziyyət yaratmaq üçün bəhanə yaratmağa çalışırdı".

 

Aysel Şirinova