Qərb rəsmiləri Ukraynanı Bryansk vilayətində belaruslu uşaqları daşıyan avtobusa hücuma və digər cinayətlərə görə qınamayıblar, çünki onlar özləri bu cinayətlərdə günahkardırlar.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Volodin özünün Max kanalında yazıb:
"Kollektiv Qərbin nümayəndələri qınaq sözlərini bildirməyiblər, qurbanların ailələrinə və dostlarına başsağlığı verməyiblər. Cavab göz qabağındadır: Kiyevdəki neonasist rejimi kimi, onlar da bu cinayətlərdə günahkardırlar", - deyə o, bildirib.
Aysel Şirinova