Almaniya ABŞ və İran arasında əldə olunan razılaşmanı yüksək dəyərləndirir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz G7 Zirvə görüşü çərçivəsində deyib.
Merz bildirib ki, ABŞ prezidenti Donald Tramp və İran hakimiyyəti arasında əldə edilən anlaşma mühüm diplomatik nailiyyətdir.
O qeyd edib ki, razılaşmanın ilk müsbət nəticələri artıq müşahidə olunur. Kanslerin sözlərinə görə, bunun nümunələrindən biri neft qiymətlərinin aşağı düşməyə davam etməsidir.
Elmin Alışov