Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 43 maddə ilə genişləndirib.
Tvit.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə, Böyük Britaniya Yandex Bank, WB Bank və Rosgosstraxı sanksiyalar siyahısına əlavə edib.
Siyahıda Rusiya ilə əlaqəli olduğu iddia edilən 27 gəmi, o cümlədən üç mayeləşdirilmiş təbii qaz tankeri də olub.
Çin, Türkiyə və Taylanddan olan şirkətlər də məhdudiyyətlərə məruz qalıb.