Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ-ın rəsmisi: "İranla bağlı razılaşmanın imzalanmasına 80-85% əminik"
dünya

ABŞ-ın rəsmisi: "İranla bağlı razılaşmanın imzalanmasına 80-85% əminik"

12-06-2026 21:00 23 Views
IMG

ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ yaxın günlərdə İranla sülh sazişi imzalamağa "80-85 faiz" əmindir.

 

Tvit.az bu barədə "The Times of İsrael"ə istinadən xəbər verir. 

 

“Biz bu müqaviləni yaxın bir neçə gün ərzində imzalayacağımızı gözləyirik. Sizə dəqiq tarix deyə bilmərəm”, - deyə anonimlik şərti ilə danışan yüksək vəzifəli məmur jurnalistlərə bildirib.

 

"Əgər sizə bu müqaviləni imzalayacağımıza dair bir əminlik versəm, bəlkə də bu səhər 75 faiz deyərdim, indi isə daha çox 80-85 faizdir, amma 100 faiz deyil."

 

Aysel Şirinova