Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Pezeşkian: Milli birlik İranın ən böyük sərvətidir
dünya

Pezeşkian: Milli birlik İranın ən böyük sərvətidir

12-06-2026 14:00 41 Views
IMG

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkədə yaranmış vəziyyət fonunda milli birliyin əhəmiyyətini vurğulayıb.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Pezeşkian bildirib ki, son hadisələr zamanı İran xalqı 100 gündən artıq müddətdə ölkəni və inqilabı müdafiə edərək birlik nümayiş etdirib. Onun sözlərinə görə, məhz bu həmrəylik və dözümlülük düşmənlərin planlarının pozulmasında mühüm rol oynayıb.


Prezident qeyd edib ki, müxtəlif təzyiqlərə baxmayaraq, xalqın dəstəyi və vəhdəti ölkənin ən böyük sərvəti olaraq qalır.


Elmin Alışov