Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu ölkənin səfirləri Rusiya XİN-ə gedəcək
dünya

Bu ölkənin səfirləri Rusiya XİN-ə gedəcək

10-06-2026 15:00 12 Views
IMG

Böyük Britaniya, Fransa və Almaniya səfirləri Rusiya Xarici İşlər Nazirliyində qəbul ediləcək və Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeləri dinləniləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Bu ölkələrin - Britaniya, Fransa və Almaniyanın səfirləri Xarici İşlər Nazirliyindəki müavinimlə görüşməyi xahiş ediblər. Biz onlarla görüşüb dinləyəcəyik. Sadəcə olaraq, bu insanların konstruktiv düşüncələrə səbəb ola biləcək hər hansı bir şeyi necə təqdim edəcəklərini görmək istəyirəm", - deyə Lavrov əlavə edib.

 

Aysel Şirinova