Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zaxarova: "Rusiya Yaxın Şərqdə yeni gərginlikdən son dərəcə narahatdır"
dünya

Zaxarova: "Rusiya Yaxın Şərqdə yeni gərginlikdən son dərəcə narahatdır"

10-06-2026 11:00 11 Views
IMG

Moskva Yaxın Şərqdə yeni gərginləşmə mərhələsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

 

 "ABŞ-İran silahlı münaqişəsinin yeni mərhələsi bizi son dərəcə narahat edir. Bu münaqişə ABŞ-İsrail arasında İran İslam Respublikasına qarşı təxribatçı təcavüzlə başlayır. Hər iki tərəfi təmkinli olmağa və hərbi hücumları dərhal dayandırmağa çağırırıq", - deyə Zaxarova bildirib.

 

Zaxarova vəziyyətin ən qısa zamanda siyasi və diplomatik məcraya qayıdacağına ümid etdiyini bildiirb.

 

Aysel Şirinova