İsrailin İran ərazisinə hücumlarına baxmayaraq, Tehran və Vaşinqton arasında danışıqlar dayandırılmayıb.
Tvit.az-ın məlumatına görə, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Diplomat qeyd edib ki, İran aktivlərinin blokdan çıxarılması ABŞ ilə mümkün olan istənilən memorandumun tərkib hissəsidir. O, Tehranın bu məsələdə maraqlarını güzəştə getmək niyyətində olmadığını iddia edib.
Elmin Alışov