Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı Vaşinqton və Tehran arasında vasitəçilik səylərini müzakirə edib.
Tvit.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Bəyanatda deyilir: "Qətər eskalasiyanın qarşısının alınmasına və regionda təhlükəsizliyin və sabitliyin, eləcə də davamlı sülhün möhkəmləndirilməsinə töhfə verəcək hərtərəfli razılaşmanın əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir".
Əlavə olaraq bildirilib ki, söhbət zamanı tərəflər Livandakı son hadisələri də müzakirə ediblər.
Aysel Şirinova