İranın xarici işlər naziri Abbas Əraqçı ölkənin mərhum ali lideri Əli Xameneyinin ofisinin müharibədə hədəfə alınması haqda danışıb.
Tvit.az xəbər verir ki, o, bu barədə “Əl-Məyadin” kanalına müsahibəsində deyib.
Əraqçının sözlərinə görə, o, Cenevrədə keçirilən danışıqlardan qayıtdıqdan sonra şənbə günü səhər ali rəhbərə hesabat vermək üçün onun ofisinə gedib. Bu hesabat əsasən danışıqların nəticələri və bölgədə müharibə ehtimalını artıran durumla bağlı olub.
Əraqçı deyib ki, görüş zamanı yerləşdikləri bina hücuma məruz qalıb. Amma zərbə binaya dəysə də, olduqları yer zərər görməyib.
Elmin Alışov