İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi Tehran və Vaşinqton arasında mümkün razılaşmanın əldə olunması yolunda əsas maneələrdən biri olaraq qalır.
Tvit.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzet Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dəyərləndirmələrinə istinadən bildirir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi İsfahan nüvə kompleksində yerləşən dərin və möhkəmləndirilmiş tunellərdə saxlanılır.
Qəzet yazır ki, belə bir ssenari baş verərsə, İranın nüvə proqramı ilə bağlı monitorinq imkanları məhdudlaşa və gələcək danışıqların aparılması daha da mürəkkəbləşə bilər.
Elmin Alışov