ABŞ Prezidenti Donald Tramp hələ də İran ilə saziş bağlayıb-bağlamamaq barədə qərar verməyib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ rəhbəri New York Post qəzetinə müsahibəsində bildirib.
“Hazırda mən qərar verməliyəm: ya sazişi imzalayırıq, ya da başqa yolla hərəkət edirik. O biri yol isə xoşagələn deyil”, – deyə o, bildirib.
ABŞ lideri “başqa yol” seçilərsə, bununla ABŞ nə əldə etmiş olacaq sualına isə belə cavab verib:
“Aydınlıq. Hər şey bitmiş olardı. Heç bir cəfəngiyat, heç bir danışıqlar, heç bir gecikmə olmazdı. Amma mən sırf humanitar səbəblərə görə bunun yaxşı yolla həll olunmasını üstün tutaram.”
Aysel Şirinova