Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Pakistan və Əfqanıstandan qaçqın axını ola bilər
dünya

Pakistan və Əfqanıstandan qaçqın axını ola bilər

03-06-2026 14:00 10 Views
IMG

İrandakı münaqişənin şiddətlənməsi halında, Yaxın Şərq, Əfqanıstan və Pakistandan Mərkəzi Asiya ölkələrinə qaçqınların nəzarətsiz axını baş verə bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taalətbek Masadıkov bildirib.

 

O, KTMT üzv dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasından sonra qeyd edib ki, İranda, Yaxın Şərqdə İran ətrafında baş verən münaqişə KTMT-nin məsuliyyət zonasındakı vəziyyətə birbaşa təsir göstərə bilər, çünki o, Qafqaz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

 

"Əgər münaqişə kəskinləşərsə, təbii ki, humanitar risklər - böyük risklər - mümkündür. Yəni, Yaxın Şərqdən, Əfqanıstandan və Pakistandan Mərkəzi Asiya və ya Qafqaz ölkələrinə nəzarətsiz qaçqın axını axacaq", - deyə baş katib vurğulayıb.

 

Aysel Şirinova