Macarıstan Ukraynadakı münaqişənin həllinə diplomatik töhfə verməyə hazırdır və danışıqlar üçün məkana çevrilə bilər.
Tvit.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar danışıb.
"Biz diplomatik və humanitar yardım göstərə bilərik və Macarıstan da danışıqlar üçün məkan ola bilər", - deyə o bildirib.
Kiyev üçün təhlükəsizlik zəmanətlərinə gəldikdə, Magyar qeyd edib ki, onları yalnız beynəlxalq ictimaiyyət təmin edə bilər.
"Macarıstan burada həlledici rol oynaya bilməz; bu, böyük dövlətlərin səlahiyyətidir", - deyə o bildirib.
Aysel Şirinova