Filippinin Anheles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın uçması nəticəsində həyatını itirənlərin sayı 17-dən 21-ə yüksəlib, həlak olanlar arasında bir uşaq da var.
Tvit.az xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Bildirilib ki, itkin düşənlərin siyahısındakı bütün şəxslərin cəsədləri artıq tapılıb.
Dağıntılar altında elə iş yerindəcə gecələyən onlarla inşaatçı qalıb. Hadisə nəticəsində Malayziyadan olan bir turist də həyatını itirib.
Aysel Şirinova