Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Trampa yox deməyin vaxtıdır"
dünya

"Trampa yox deməyin vaxtıdır"

01-06-2026 23:00 6 Views
IMG

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Trampın İsrailin Beyrutun cənub ətraf ərazilərinə endirməyi planlaşdırdığı hücumların dondurulması ilə bağlı açıqlamasını tənqid edərək, "Trampa yox deməyin vaxtıdır" deyib.

 

Tvit.az xəbər verir ki, o "X" sosial şəbəkə hesabında bildirib ki, "Vəzifə tələb edən və tələb olunan şey Hizbullaha zərbə endirmək, döyüşçülərimizi azad etmək və şimalda təhlükəsizliyi bərpa etməkdir".

 

“Cənab Baş nazir, siz dediniz ki, güclü bir baş nazir Amerika Birləşmiş Ştatlarının prezidentinə mümkün olduqda “bəli”, lazım olduqda isə “yox” deyir. İndi dostumuz Prezident Trampa “yox” deməyin vaxtıdır", - deyə o, əlavə edib.

 

Aysel Şirinova