İran qüvvələri fevral ayında ABŞ və İsrail ilə münaqişə başlayandan bəri ən azı 20 Amerika hərbi obyektinə zərər vurub.
Tvit.az xəbər verir ki, bu barədə BBC hesabat yayıb.
Hesabatda İranın səkkiz Yaxın Şərq ölkəsindəki Amerika hədəflərinə zərbələr endirdiyi bildirilir: Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, İraq, İordaniya, Bəhreyn və Oman.
Bildirilib ki, xüsusilə, İran BƏƏ və İordaniyadakı hava bazalarında yerləşən üç Terminal High Altitude Area Defense (THAAD) raketdən müdafiə batareyasına zərər vurub. Tehran həmçinin Səudiyyə Ərəbistanındakı Amerika tanker və kəşfiyyat təyyarələrinə də ciddi ziyan vurub.
Aysel Şirinova