Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Emmanuel Makron İlham Əliyevə zəng vurdu
sosial

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

21-05-2026 13:00 20 Views
IMG

Fransa Prezidenti Emmaneul Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti X sosial şəbəkəsində məlumat paylaşıb.

 

"Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik", - Prezident qeyd edib.