Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Blinken Trampın dövründə Ukraynaya dəstək olacağına ümid etdiyini bildirib
dünya

Blinken Trampın dövründə Ukraynaya dəstək olacağına ümid etdiyini bildirib

26-11-2024 23:00 9 Views
IMG

ABŞ dövlət katibi Antoni Blinken yeni seçilmiş prezident Donald Trampın administrasiyasının Ukraynaya dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib . Bu barədə TASS yazır.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə , Kiyevə dəstək ABŞ üçün mühüm milli maraq kəsb edir. Onun sözlərinə görə, Ukraynaya yardımı Konqresin hər iki palatasında hər iki partiyadan olan qanunvericilərin əksəriyyəti dəstəkləyir.

Blinken əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası “Ukraynanın 2025-ci ildə döyüşə bilməsi və danışıqlar aparılarsa, güclü mövqedən bunu edə bilməsi üçün əlindən gələni etməyə” sadiqdir.

Diplomat ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib.