Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Trampın iştirakı ilə kritik görüş: İsrail və Livan ikinci raunda hazırlaşır
dünya

Trampın iştirakı ilə kritik görüş: İsrail və Livan ikinci raunda hazırlaşır

23-04-2026 22:00 40 Views
IMG

İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Həmmadə-Muavvad arasında yeni məsləhətləşmələr raundu ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ evdə keçiriləcək. 

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

“ABŞ rəsmisinin sözlərinə görə, Prezident Tramp günün ikinci yarısında İsrail və Livanın səfirlərini Ağ evdə qəbul edəcək, burada onlar danışıqların ikinci raundunu keçirəcəklər”, – deyə o, X sosial şəbəkəsində yazıb.

 

Aprelin 14-də İsrail və Livan arasında son 43 ildə ilk birbaşa danışıqlar raundu baş tutub. Görüş Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilib. Həmin görüşdə tərəflər ABŞ-dakı səfirləri ilə təmsil olunublar.