Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
sport

"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib

23-04-2026 19:00 20 Views
IMG

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.

 

Tvit.az-ın məlumatına görə, mütəxəssis baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib.

 

R.Həsənov "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə haqlı olaraq qırmızı vərəqə verildiyini bildirib.

 

Hakimlər Komitəsinin sədri görüşün sonundakı epizodda penalti olmadığını da vurğulayıb.

 

Xatırladaq ki, qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Rəvan Həmzəzadə olub.