Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan Prezidenti: "İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır"
sosial

Azərbaycan Prezidenti: "İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır"

22-04-2026 21:00 35 Views
IMG

"Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı səsləndirib.

 

"Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.