Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabunçu Tibb Mərkəzinin direktoru işdən çıxarıldı
sosial

Sabunçu Tibb Mərkəzinin direktoru işdən çıxarıldı

22-04-2026 15:00 26 Views
IMG

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

"Tvit.az" "Bakupost"a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

"Bundan sonrakı qərarı TƏBİB verəcək", - deyə N.Bəşirova bildirib.

Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox xatırlanır.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.