Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
sport

Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib

17-04-2026 21:00 29 Views
IMG

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

 

Tvit.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.

 

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

 

63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.

 

Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.

 

Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.

 

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

 

Report