Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Litva atəşkəs üçün danışıqlar aparır
dünya

Litva atəşkəs üçün danışıqlar aparır

15-04-2026 17:00 18 Views
IMG

Livan prezidenti Cozef Aun İsraillə atəşkəs rejiminə nail olmaq məqsədilə təmaslarını davam etdirir.

 

Tvit.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

 

Mənbələrin verdiyi məlumata görə, Prezident əsas tələbin atəşkəsin yerinə yetirilməsi olduğunu qeyd edib. Qeyd olunur ki, ötən gün Vaşinqtonda səfirlər səviyyəsində keçirilən danışıqların nəticələrinə görə, "Livan atəşkəslə bağlı istədiyini əldə edə bilməyib. 

 

 Bununla belə, Beyrutun və onun cənub ətraflarının İsrail hücumlarından qorunması (toxunulmazlığının uzadılması) barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu baş tutub. Nümayəndə heyətlərinə Livanın və İsrailin Birləşmiş Ştatlardakı səfirləri  Nada Hammade-Muavvad və Yehiel Layter rəhbərlik ediblər.

 

Aysel Şirinova