ABŞ prezidenti Donald Tramp Konqresə görə NATO-dan çıxmaq planını həyata keçirə bilməyəcək.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov deyib.
“ABŞ qanunvericiliyi prezidentin belə bir qərarı Konqresdən keçirməsini tələb edir. Belə bir qərar Senat və ya Nümayəndələr Palatası tərəfindən qəbul edilməyəcək”,- deyə nazir bildirib.
Elmin Alışov