Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib.
Tvit.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qurban Nəzirov Mərkəzin direktor müavini vəzifəsinə təsdiqlənib.