Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda reabilitasiya müəssisələri ilə bağlı fərmanın icrasına başlandı
sosial

Azərbaycanda reabilitasiya müəssisələri ilə bağlı fərmanın icrasına başlandı

14-04-2026 14:00 39 Views
IMG

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsinə başlanılıb.

 

Tvit.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, həmin reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçdiklərini elan ediblər.

 

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

 

Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd olunan fərmanın tələblərinə uyğun olaraq İTSDA ilə birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan edib.