Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycanda dollarlaşma azalır
iqtisadiyyat

Azərbaycanda dollarlaşma azalır

14-04-2026 11:00 46 Views
IMG

Bazar üzrə dedollarlaşma trendləri davam edir. 2025-ci il ərzində bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faiz bəndi azalaraq 14.2% (tarixi minimum) olub. Depozit portfelinin dollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 faiz bəndi azalaraq 35.6% təşkil edib.

 

Tvit.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

 

Bundan başqa, məlumatda qeyd edilib ki, fiziki şəxslərin əmanətləri üzrə dedollarizasiya prosesi davam etməkdədir. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3.5 faiz bəndi azalaraq 31.4%, tələbli depozitləri üzrə isə 1.4 faiz bəndi azalaraq 31.6% olub.

 

“Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4.7 faiz bəndi artaraq 57.2% təşkil edib. Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 2.6 faiz bəndi azalaraq 32.7% olub”, - məlumatda vurğulanıb.