Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İndoneziya Prezidenti ilə Putin arasında görüş olacaq
dünya

İndoneziya Prezidenti ilə Putin arasında görüş olacaq

13-04-2026 09:00 14 Views
IMG

 İndoneziya Prezidenti Prabovo Subianto Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya uçub.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"Liderlər enerji təhlükəsizliyini müzakirə edəcəklər. İndoneziya Rusiya hökuməti ilə əməkdaşlığı davam etdirəcək və ölkəyə neft də daxil olmaqla sabit enerji təchizatını təmin edəcək", - deyə qeyd edilib.

 

Katib qeyd edib ki, müzakirənin digər əsas mövzusu mövcud geosiyasi vəziyyət, xüsusən də ABŞ, İsrail və İran arasındakı münaqişə olacaq. 

 

Aysel Şirinova