Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes "Nikosayağı" aylar sonra göründü - FOTO
şou-biznes

"Nikosayağı" aylar sonra göründü - FOTO

10-04-2026 20:00 16 Views
IMG

"Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qardaşının toy mərasimində diqqət mərkəzinə düşüb.

Tvit.az oxu.az-a istinadən xəbər verir ki, şənlik zamanı çəkilən görüntülərdə ən çox diqqət çəkən məqam isə Nicat Şakirlinin sağ qoluna quraşdırılan protez olub.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılaraq ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan bloqerin yaxın dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirli özü isə ağır xəsarət alıb və nəticədə onun sağ qolu dirsəkdən amputasiya olunub.