İran Prezidenti Məsud Pezeşkyan İranın Ali Lideri Müctəba Xameneinin yaxın adamı və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın bu yaxınlarda bombalanması zamanı aldığı yaralardan vəfat edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Prezident özünün Telegram kanalında verdiyi açıqlamada bildirib: "İran xalqına, ölkənin diplomatik ictimaiyyətinə və Amerika və sionist düşmənlərinin evinə terror və vəhşicəsinə hücumu nəticəsində xəsarət alan Kamal Xərrazinin ailəsinə və yaxınlarına başsağlığı verirəm".
Pezeşkyan qeyd edib ki, uzun illər ərzində, o cümlədən xarici işlər naziri və ölkənin BMT-dəki daimi nümayəndəsi kimi İranın milli maraqlarını beynəlxalq səviyyədə müdafiə edib.
Aysel Şirinova