Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
turizm

Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü

10-04-2026 10:00 17 Views
IMG

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.

 

Tvit.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Anar Rəhman oğlu Kazımov idarə etdiyi BMV markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü Faiq Məcid oğlu İsmayılovu vurub.

 

Nəticədə kişi xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.