Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İrandan Azərbaycana gətirilən 12 tondan çox pestisiddə uyğunsuzluq aşkarlanıb
sosial

İrandan Azərbaycana gətirilən 12 tondan çox pestisiddə uyğunsuzluq aşkarlanıb

10-04-2026 09:00 12 Views
IMG

İrandan Azərbaycana idxal olunan 12 028 kiloqram pestisiddə uyğunsuzluq aşkarlanıb.

Bu barədə Tvit.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, "Emulsifiable Oil Aria 80% L" əmtəə nişanlı pestisid məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar məhsullar mənşə ölkəsinə geri qaytarılıb.