Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Günəşdə güclü partlayış baş verib
sosial

Günəşdə güclü partlayış baş verib

09-04-2026 17:00 17 Views
IMG

Günəşdə M sinfindən olan partlayış qeydə alınıb.

 

Tvit.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

"Aprelin 9-da Moskva vaxtı ilə saat 11:47-də (Bakı vaxtı ilə saat 12:47-də) rentgen diapazonunda M1.0 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.


Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.