Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək
sosial

Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək

09-04-2026 14:00 14 Views
IMG

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlərin həyata keçirilməsi prosesi rəqəmsallaşdırılır.

 

Tvit.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisələrinə elektron tələbə qəbulu xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il iyunun 20-dək təmin edilməsi planlaşdırılır.

 

Bu çərçivədə xidmətin mövcud iş axını iyunun 30-dək təqdim ediləcək. Daha sonra təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyulun 18-dək razılaşdırılması nəzərdə tutulur.

 

Xidmətin iyulun 1-dək mygov platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır.

 

Eyni zamanda, təhsil tələbə krediti üzrə müraciətlərin də elektronlaşdırılması istiqamətində işlər aparılır. Bu xidmətin EHİS-ə inteqrasiyasının 2026-cı il mayın 1-dək təmin edilməsi nəzərdə tutulur.

 

Layihə çərçivəsində mövcud iş axınının da mayın 1-də təqdim olunması planlaşdırılır, təkmilləşdirilmiş yeni iş axını isə iyunun 6-dək razılaşdırılacaq.

 

Hər iki xidmət üzrə işlər Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.