Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya Borreldən BCM-nin Netanyahu ilə bağlı qərarını dəstəkləməyən ölkələrə reaksiya
dünya

Borreldən BCM-nin Netanyahu ilə bağlı qərarını dəstəkləməyən ölkələrə reaksiya

23-11-2024 16:00 13 Views
IMG

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Binyamin Netanyahu haqqında verdiyi həbs qərarına dəstək verməyən ölkələrə reaksiya verib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


"Bu, siyasi qərar deyil, məhkəmə qərarıdır. Avropa İttifaqına üzv dövlətlərin güclü dəstəyi ilə formalaşan beynəlxalq məhkəmənin qərarı. Xatırladıram ki, Aİ-yə üzv dövlətlər məhkəmənin qərarını yerinə yetirməyə borcludurlar”,- deyə nümayəndə vurğulayıb.


Elmin Alışov