Böyük Britaniya İranda atəşkəsin əldə olunmasını alqışlayır, münaqişənin həlli üçün nəzərdə tutulan danışıqlar Hörmüz boğazı və Fars körfəzinin ölkələrində gəmiçiliyin təhlükəsizliyini təmin etməlidir.
Tvit.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri İvett Kuperin bəyanatında bildirilir.
“Mən ABŞ, İsrail və İran arasında iki həftəlik atəşkəs barədə bu gün elan edilən qərarı alqışlayıram. Bu, bölgədə təhlükəsizlik və sabitliyin bərqərar olması və qlobal iqtisadiyyatın və beynəlxalq gəmiçiliyin normal fəaliyyətinə qayıdılması yolunda mühüm addımdır. Mən həmçinin ABŞ və İran arasında bu həftənin sonuna təyin olunan danışıqları alqışlayıram və Pakistanı və danışıqlara qatılan hər kəsi davamlı əməkdaşlıqları üçün təşəkkür edirəm”, - deyə vurğulanıb.
Aysel Şirinova