Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Kamilo Duran Azərbaycan çempionatları tarixində het-trik edən ilk kolumbiyalı futbolçu olub
sport

Kamilo Duran Azərbaycan çempionatları tarixində het-trik edən ilk kolumbiyalı futbolçu olub

08-04-2026 11:00 17 Views
IMG

Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

 

Tvit.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Qarabağ"ın kolumbiyalı hücumçusu "Karvan-Yevlax"la qarşılaşmada (7:0) üç qola imza atıb.

 

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura "Araz-Naxçıvan" (5:0), "Qəbələ"nin legioneri Domi Massumo XVIII turda "İmişli" (3:2) ilə görüşdə belə uğura imza atıb.

 

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

 

Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib.

 

Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.