BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İran arasında iki həftəlik atəşkəsi alqışlayıb.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
"Quterreş Yaxın Şərqdəki mövcud münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə və atəşkəsə hörmət etməyə çağırır", - deyə Dujarrik bildirib.
Elmin Alışov