Çin Yaxın Şərqdə gərginləşmə potensialından narahatdır və bütün tərəfləri sülh danışıqlarına çağırır.
Tvit.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidenti Donald Trampın İranın vacib infrastrukturuna zərbə endirməyə hazır olması barədə açıqlamasını şərh edərkən keçirdiyi brifinqdə bildirib.
"Çin vəziyyətin dəyişməsindən dərin narahatlıq keçirir. Mövcud böhranın şiddətlənməsi və onun həllinin təxirə salınması heç bir tərəfin maraqlarına uyğun deyil", - deyə o qeyd edib.
Diplomat həmçinin tərəfləri böhranın həllində və sülh danışıqlarının irəliləməsində konstruktiv rol oynamağa çağırıb.