Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) baş katibi To Lam 2026-cı ildən 2031-ci ilə qədər ölkə prezidenti vəzifəsinə seçilib. Bu barədə 7 apreldə "Xalq Ordusu" qəzeti məlumat yayıb .
Nəşr bildirib ki, "müvafiq olaraq, 495 nümayəndədən 495-i (iştirak edən nümayəndələrin 100%-i) lehinə səs verib və Milli Məclis Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və 16-cı Milli Məclisin nümayəndəsi olan yoldaş To Lamın Vyetnam prezidenti seçilməsi ilə bağlı qətnamə layihəsini təsdiqləyib".
Qeyd olunur ki, seçildikdən sonra To Lam and içib və Milli Məclisdə rəsmi nitq söyləyib.