Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sumqayıtda zəhərlənən uşaqlardan üçünün vəziyyəti ağırdır - RƏSMİ
sosial

Sumqayıtda zəhərlənən uşaqlardan üçünün vəziyyəti ağırdır - RƏSMİ

06-04-2026 13:00 13 Views
IMG

Sumqayıtda dəm qazından zəhərlənən beş uşağın hazırki vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən "Tvit.az"a verilən məlumata əsasən, dörd uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.