Samux rayonunda 46 yaşlı qadını avtomobil vurub.
Tvit.az-ın məlumatına görə, hadisə Samux rayonu ərazisində baş verib.
"Niva" markalı minik avtomobili rayon sakini, 1980-ci il təvəllüdlü Yeganə Məmmədovanı vurub. Piyada Samux Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.