İran Silahlı Qüvvələri ABŞ və İsrailin İslam Respublikasının enerji infrastrukturuna qarşı istənilən hücumuna qətiyyətli və hərtərəfli cavab verəcək.
Tvit.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib.
"Bu cür təhdid əslində müharibə cinayətlərini və soyqırımı qanuniləşdirmək cəhdidir. Əgər bu həyata keçirilərsə, İran İslam Respublikasının silahlı qüvvələri şübhəsiz ki, qətiyyətli və geniş miqyasda cavab verəcək", - deyə Əraqçı bildirib.
Aysel Şirinova