Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyə bu ölkəyə üzən elektrik stansiyası göndərib
dünya

Türkiyə bu ölkəyə üzən elektrik stansiyası göndərib

06-04-2026 09:00 12 Views
IMG

Türkiyə Kubaya “Belgin Sultan” adlı 76 MVt gücündə üzən elektrik stansiyası göndərib.

 

Tvit.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

 

Bildirilib ki, ABŞ-ın ölkəyə yanacaq tədarükünə qoyduğu embarqodan sonra Kubanın enerji sistemi dərin böhran vəziyyətinə düşüb. Bu vəziyyət həm əhali və müəssisələrin elektriklə təminatına, həm də hava limanlarının fəaliyyətinə təsir göstərib. Belə ki, aviasiya yanacağı çatışmazlığı yaranıb və nəticədə bir çox şirkətlər adaya uçuşları məhdudlaşdırıb.

 

Karpowership şirkətinə məxsus gəmi mayeləşdirilmiş qaz və ya dizel yanacağı ilə işləyə bilir.  Türkiyə şirkətinin bu tipli gəmilərdən və digər platformalardan ibarət donanması var. 

 

Aysel Şirinova