Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Mirça Luçesku infarkt keçirdi: Məşhur məşqçi reanimasiyadadır
sport

Mirça Luçesku infarkt keçirdi: Məşhur məşqçi reanimasiyadadır

03-04-2026 16:00 16 Views
IMG

Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku bu gün səhər saatlarında infarkt keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Emanuel Roşu sosial media hesabında məlumat yayıb.

 

"Luçesku bir gün əvvəl xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşılaşırdı və məşqçi artıq evə buraxılmağa hazırlaşırdı. Lakin xəstəxanada olarkən infarkt keçirib. Həkimlər onu kritik mərhələdə xilas ediblər, lakin hazırda reanimasiyadadır", - deyə paylaşımda bildirilib.